Avropada təbii qazın qiyməti artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropada təbii qazın qiyməti artıb

12:30 - 26 / 07 / 2023
Avropada təbii qazın qiyməti artıb

Avropada təbii qazın birja qiymətləri 2,4 % artıb.

1news.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın avqust fyuçerslərinin qiyməti günə 377,4 ABŞ dolları ilə (+1,6 %) başlasa da, sonradan 380,1 ABŞ dollarına (+2,4 %) qədər yüksəlib.

Qeyd edək ki, dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 371,3 ABŞ dolları) əsasən hesablanır.

Paylaş:
437

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər