Çində daşqınlar səbəbi ilə ölənlərin sayı artıb | 1news.az | Xəbərlər
Dünya

Çində daşqınlar səbəbi ilə ölənlərin sayı artıb

15:42 - 05 / 08 / 2023
Çində daşqınlar səbəbi ilə ölənlərin sayı artıb

Çinin Baodin şəhərində “Doksuri” qasırğasının törətdiyi daşqınlar nəticəsində 10 nəfər ölüb.

Bu barədə 1news.az Report-a istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, dəyən ziyan 2,37 milyard dollar həcmində qiymətləndirilir.

Şəhər administrasiyasının məlumatına görə, 18 nəfər itkin düşüb, 627 min nəfər təxliyə olunub.

İlkin hesablamalara görə, leysan yağışları 16 min hektardan çox sahədə əkin sahələrini məhv edib. Daşqın 4,4 mindən çox binanın dağılmasına səbəb olub, daha 7,2 min evə ziyan dəyib.

Paylaş:
542

Son xəbərlər

Bütün xəbərlər