Livanlı “TikTok” ulduzu Azərbaycan şah plovunu bişirdi – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Livanlı “TikTok” ulduzu Azərbaycan şah plovunu bişirdi – VİDEO

Ayşən İsmayılova12:07 - 09 / 08 / 2023
Livanlı “TikTok” ulduzu Azərbaycan şah plovunu bişirdi – VİDEO

23,2 milyondan çox izləyicisi olan "TikTok"da inanılmaz dərəcədə populyar olan livanlı aşpaz və influencer Abir Əl-Sağir “Şah plov” bişirib.

Livanlı sosial şəbəkə ulduzu vaxtaşırı öz səhifələrində dünya mətbəxinin reseptlərini dərc edir. Bu dəfə isə haqlı olaraq Azərbaycan milli mətbəxinin fəxri sayılan şah plovunun bişirilməsinin bütün mərhələlərini ətraflı nümayiş etdirərək Azərbaycan tamaşaçısını sevindirmək qərarına gəlib.

Qeyd edək ki, yeməyin hazırlanması ilə bağlı videogörüntülər Azərbaycanın milli mahnısı olan “Sarı gəlin” ilə müşayiət edilib. Hazırda videoya "TikTok"da 600 mindən, "İnstaqram"da isə 1 milyondan çox baxış sayı olub.

Müxbir: Feliks Vişnevetski

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər