Kirayə mənzil bazarında vəziyyət - Ekspertdən ÇAĞIRIŞ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kirayə mənzil bazarında vəziyyət - Ekspertdən ÇAĞIRIŞ

Ayşən İsmayılova10:52 - 15 / 08 / 2023
Kirayə mənzil bazarında vəziyyət - Ekspertdən ÇAĞIRIŞ

Artıq avqust ayının ortalarındayıq və yeni tədris ilinin başlamasına bir ay qalıb.

Bu da o deməkdir ki, paytaxta tələbə axının başlamasına qısa bir zaman qalıb. Bəs hazırda kirayə mənzil bazarında qiymətlər necədir?

Kirayə mənzil bazarında hökm sürən vəziyyətlə bağlı 1news.az-ın sullarını cavablandıran Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hələ ki, ciddi bir dəyişiklik olmadığını qeyd edib:

“Bu adətən kodlaşdırma yekunlaşdıqdan sonra bəlli olur. Yəni abituriyentlərin haraya qəbul olduğu dəqiqləşdirqdən sonra müraciətlərin sayı kəskin artmağa başlayır. Hesab edirəm ki, təlabatın artması avqust ayının sonlarına doğru kəskin şəkildə müşahidə olunacaq və qiymətlər 15-20% artacaq”.

Ekspert tələbə yataqxanaları ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını və islahatlara ehtiyac olduğunu söyləyib:

“Proseslər belə göstərir ki, dövlət bu istiqamətdə ciddi əhəmiyyətli addım atmaq niyyətində deyil. Bu bir sahibkarlıq formasında, Türkiyə və digər təcrübələrdən istifadə etməklə həyata keçirilə bilər. Amma hər bir halda müəyyən stimulverici addımlar olmalıdır və sahibkarları bu prosesə cəlb etmək lazımdır”.

R.Osmanlı son olaraq kirayə mənzil axtarışında olanları tələsməyə səsləyib:

“Tövsiyəm budur ki, kirayə mənzil axtaranlar tələssinlər. Paytaxtda ucuz mənzillərin təklif portfelindəki payı çox sürətlə məhdudlaşır. Çünki bir tərəfdən bir və ikimərtəbəli fərdi yaşayış massivlərinin söküntüsü, digər tərəfdən də köhnə binaların sayının sürətlə azalması ucuz mənzillərin təklif portfelindəki payına mənfi təsir göstərir. Bu mənada kirayə mənzil bazarında tələb yüksək olduğu üçün ilbəil qiymət artımına gətirib çıxarır. Hesab edirəm ki, bu tendensiya bu il də davam edəcək”.

Paylaş:
590

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər