“Qarabağ” klubunun yeni transferi Bakıya gəldi | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” klubunun yeni transferi Bakıya gəldi

Qafar Ağayev14:38 - 19 / 08 / 2023
“Qarabağ” klubunun yeni transferi Bakıya gəldi

“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.

1news.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bildirilib ki, 32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonar rəsmi müqaviləyə imza atacaq. Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.

Paylaş:
2504

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər