Culfa istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Culfa istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Qafar Ağayev14:52 - 02 / 09 / 2023
Culfa istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər