Sabunçuda yataqxana binasında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yataqxana binasında yanğın olub

Qafar Ağayev11:36 - 04 / 09 / 2023
Sabunçuda yataqxana binasında yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
338

Son xəbərlər

Bütün xəbərlər