Nazir: “Bu tədris ilindən azad olunmuş şəhər və rayonlarımızda bəzi məktəblərdə dərslər başlayacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Bu tədris ilindən azad olunmuş şəhər və rayonlarımızda bəzi məktəblərdə dərslər başlayacaq”

Qafar Ağayev16:22 - 06 / 09 / 2023
Nazir: “Bu tədris ilindən azad olunmuş şəhər və rayonlarımızda bəzi məktəblərdə dərslər başlayacaq”

“Sentyabrın 15-dən bəzi azad olunmuş şəhər və rayonlarımızda 30 ildən sonra məktəblər fəaliyyətə başlayacaq” .

1news.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı mətbuat konfransında deyib.

“Belə ki, Zəngilanın Ağalı Kəndində, Tərtər rayon Talış kəndində, Füzuli şəhər 1 nömrəli məktəb, Laçın şəhər 2 nömrəli məktəb, Laçın rayonu Zabux kənd orta məktəbində dərslər başlayacaq” .

Nazir qeyd edib ki, Şuşa şəhər 1 nömrəli məktəb də hazırdır.

“Şuşaya da əhali köçürüləndən sonra həmin məktəbdə də tədris bərpa olunacaq”.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər