Nazir: “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədris olunması ilə bağlı 100 məktəbdə pilot layihə həyata keçiriləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədris olunması ilə bağlı 100 məktəbdə pilot layihə həyata keçiriləcək”

Qafar Ağayev17:41 - 06 / 09 / 2023
Nazir: “Azərbaycan tarixi”nin Azərbaycan dilində tədris olunması ilə bağlı 100 məktəbdə pilot layihə həyata keçiriləcək”

“Bizim kompromis edə bilməcəyimiz bir məsələ var ki, Azərbaycan məktəbini bitirən uşaq, fərqi yoxdur hansı dildə tədris alır, Azərbaycan dilini yaxşı bilməlidir” .

Bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı mətbuat konfransında 1news.az-ın əməkdaşının sualına cavab olaraq deyib.

“Biz həftədə 3 dəfə Azərbaycan dilində dərs tədris edirik. Adam 11 ildə həftədə 3 dəfə Azərbaycan dilində dərs keçirsə, Azərbaycanda yaşayırsa, küçəyə çıxırsa, məktəbi bitirəndə, 17 yaşında Azərbaycan dilində yaxşı danışa bilmirsə, məncə problem bizdə axtarılmalı deyil. Problemi onda axtarmaq lazımdır ki, bu adam niyə illər ərzində bu dili öyrənməyib? Bi məktəbdə elə bir mühit yaratmaq istəyirik ibarətdir ki, azərbaycanlı, Azərbaycanda yaşayan adam öz tarixini Azərbaycan dilində öyrənsin. Bu il 100 məktəbdə pilot layihə olaraq “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunacaq. Əgər bu da özünü doğruldarsa, növbəti tədris ilindən bütün məktəblərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris olunan bilər. Bundan başqa, Nəsimini, Bəxtiyar Vahabzadəni, Səməd Vurğunu tərcümə edib Azərbaycan məktəblisinə keçmək məntiqli deyil. Bu istiqamətdə işlərimiz davam edəcək. Biz Azərbaycanda fərqli dillərdə tədrisə qarşı deyilik. Amma eyni zamanda istəyirik azərbaycanlı uşaqlar Azərbaycanın dövlət dilini yaxşı mənimsəsin.

Paylaş:
548

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər