DİM-dən qabiliyyət imtahanlarından müsbət qiymət alıb I mərhələdə ali məktəblərə qəbul ola bilməyənlərə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM-dən qabiliyyət imtahanlarından müsbət qiymət alıb I mərhələdə ali məktəblərə qəbul ola bilməyənlərə MÜRACİƏT

Qafar Ağayev16:23 - 07 / 09 / 2023
DİM-dən qabiliyyət imtahanlarından müsbət qiymət alıb I mərhələdə ali məktəblərə qəbul ola bilməyənlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi Təsviri incəsənət müəllimliyi və Musiqi müəllimliyi komissiyaları üzrə qabiliyyət imtahanlarından müsbət qiymət alan, lakin I mərhələdə ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə Bakı şəhərində yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət alan abituriyentlərə regionlarda yerləşən ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçməyə icazə verilir.

Bundan əlavə, regionda yerləşən qabiliyyət imtahanı komissiyaları üzrə məqbul qiymət almış abituriyentlər Bakı istisna olmaqla, digər regionların ali təhsil müəssisələrinin müvafiq komissiyalarının ixtisaslarını (musiqi üzrə alətlər nəzərə alınmaqla) seçə bilərlər.

Komissiya kodları və ixtisaslar

13 – Təsviri incəsənət müəllimliyi (Bakı)

81 – Təsviri incəsənət müəllimliyi (Gəncə Dövlət Universiteti)

89 – Təsviri incəsənət müəllimliyi (Lənkəran Dövlət Universiteti)

32 – Musiqi müəllimliyi (Bakı)

76 – Musiqi müəllimliyi (Naxçıvan Dövlət Universiteti)

83 – Musiqi müəllimliyi (Gəncə Dövlət Universiteti)

Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi 9 sentyabr saat 23:59-dək davam edəcək. Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” 7 jurnalında dərc olunub.

Paylaş:
210

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər