Azərbaycanda yük və sərnişin daşıyan sürücülərin iş və istirahət rejimini RİİN müəyyənləşdirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yük və sərnişin daşıyan sürücülərin iş və istirahət rejimini RİİN müəyyənləşdirəcək

Qafar Ağayev11:08 - 08 / 09 / 2023
Azərbaycanda yük və sərnişin daşıyan sürücülərin iş və istirahət rejimini RİİN müəyyənləşdirəcək

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyənləşdirəcək.

1news.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərin icrası ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla 4 ay müddətində bununla bağlı layihəni hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Dəyişikliklə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.

Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müntəzəm sərnişin daşımalarının həyata keçirən avtonəqliyyat vasitələrində gediş haqqının elektron ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, taksi sifarişi operatorları tərəfindən hər bir taksi sifarişi üzrə real vaxt rejimində ötürülən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflərini hazırlayıb, 4 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu sərəncam sentyabrın 4-dən qüvvədədir.

Paylaş:
244

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər