Gənc rəssam: “Azərbaycanda yaradıcılıq sahəsi insanlar tərəfindən maraqlı qəbul edilmir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Gənc rəssam: “Azərbaycanda yaradıcılıq sahəsi insanlar tərəfindən maraqlı qəbul edilmir” - MÜSAHİBƏ

Aynurə Xudaverdiyeva12:01 - 19 / 09 / 2023
Gənc rəssam: “Azərbaycanda yaradıcılıq sahəsi insanlar tərəfindən maraqlı qəbul edilmir” - MÜSAHİBƏ

Rəssamlıq sənəti çox incə, maraq doğuran, insan ruhunu oxşayan gözəl bir sənət növüdür.

Rəssamlıq insanın mənəvi aləmindəki daxili duyğularını cəmiyyətlə bölüşməyin ən maraqlı yoludur. Bəli, rəssamlıq dərin sənətdir, bu isə ciddi təxəyyül, istedad, əmək, səbr və mütaliə tələb edir.

Bədii keramika isə Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub və bu günə qədər öz əhəmiyyətini saxlayıb. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilib. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarıb. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevriliblər.

1news.az saytının bu dəfəki müsahibi gənc rəssam-heykəltaraş Fərid Rəhimovdur. O, daha çox metal heykəltəraşlıqla məşğul olur. Fəridin sözlərinə görə, rəssamlar hər bir əsərə can verə bilməsələr də, bütün əsərlərin özünəməxsus bir ruhu olur.

- Fərid, əvvəlcə sizi tanımaq istərdik...

- Mən Fərid Rəhimov 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına Dekorativ-tətbiqi Sənət ixtisası üzrə qəbul olmuşam. İxtisasım “Bədii keramika”dır. 2020-ci ildə oradan məzun olub, həmin il də eyni ixtisas üzrə yenidən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsinə qəbul almışam. 2022-ci ildə də magistr pilləsini bitirmişəm. Hazırda metal heykəltəraşlıq və rəssamlıqla məşğul oluram.

- Əsərləriniz sərgilərdə iştirak edir?

- Bəli, əsərlərim sərgilərdə iştirak edib. Daha çox Rəssamlar İttifaqının təşkil etdiyi gənclər üçün nəzərdə tutulan sərgilərdə əsərlərim yayımlanıb.

- Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz?

- Əslində ixtisasımın keramika olmasına baxmayaraq, mən sahə üzrə heykəltəraşlığa yönəlmişəm. Heykəltəraşlığın da fərqli sahəsi ilə məşğul oluram. Hər kəsin görməyə, bilməyə alışmadığı bir sahəsidir. Bu metal keramikadır. Metal heykəltəraşlıq deyilən bir bölmə var. Onunla məşğul oluram. Məsələn abstrak işlərlərlə daha çox məşğul oluram. Daha çox metalla işlədiyim görsənir.

- Özünüzü azərbaycanlı və ya xarici rəssamlardan kimə daha yaxın hiss edirsiz?

- Elə bir insan yoxdur, çünki məndə sahə biraz fərqlidir. Sırf öz işlərimə uyğun tanıdığım bir sənətçi, heykəltəraş, rəssam təəssüf ki, yoxdur.

- Deyirlər ki, rəssamlar Tanrıya bənzəyir, ancaq çəkdiklərinə can verə bilmir. Siz necə, öz əsərlərinizə can verə bilirsiniz?

- Məncə, rəssamlar əsərlərinə can verə bilməsələr də, hər bir işin ruhu olur. Məsələn, mənim işlərimə baxanda çalışıram ki, işimin bir mənası olsun. İşimə baxdıqda hər kəs özünə uyğun bir məna çıxarsın. Məsələn, tutaq ki, kimsə, standart bir heykəl düzəldir, misal üçün kitab düzəldiblər. Bu kitaba baxanda heç kim başqa bir şey başa düşmür. Ancaq kitab görürlər və kitab da başa düşürlər. Lakin bir əsər yaradanda çalışıram ki, hər kəs özünə uyğun bir mənanı çıxarsın.

- Azərbaycan Rəssamlar İttifaqına münasibətinizi öyrənmək istəyərdik...

- Təəssüf ki, Azərbaycan Rəssamlar İttifaqına münasibətim elə də yaxşı deyil. Gənclərin işlərinə elə də önəm verilmir və orada çox da irəliləmək mümkün deyil.

- Dünya rəssamlarından yaradıcılığını və əsərlərini izlədiyiniz varmı?

- Bəli, var. Daha çox realistik əsərlərlə yox, abstrakt əsərlərlə daha çox maraqlanıram ki, hansı işin mənası var, hansı əsərin ruhu var. O mənim üçün önəmlidir. Baxan kimi mənasını başa düşdüyüm işlərlə bir o qədər də maraqlanmıram.

- Rəssam olmaq istəyənlər bu işə necə başlamlıdır? Bu dərslərlə alınan bir şeydir, yoxsa mütləq fitri istedad da olmalıdır?

- Mənə elə gəlir ki, bu insandan insana görə dəyişir. Elə insan var ki, təhsil alaraq bu sahəni öyrənir. Elə insan da var ki, heç bir təhsil almır amma rəssamlığı yaxşı bacarır. Təhsil alaraq bunu təkminləşdirirlər. Mən bu sahə üzrə təhsil almamışdan öncə də bacarığım var idi. Dünya rəssamlarına nəzər yetirsək görərik ki, əksəriyyətinin rəssamlıq üzrə təhsili yoxdur. Elə insanlar da var ki, rəssamlıq üzrə təhsil alırlar, amma ortada nəticə olmur. Bu insana görə dəyişən bir şeydir. Amma istedad bu sənətdə vacib amillərdən biridir.

- Sizcə, ölkəmizdə bu sahə kifayət qədər dəyər görürmü?

- Hazırda ölkəmizdə bu sənətdə maddi gəlir yox səviyyəsindədir. Bir heykəli, bir əsəri ortaya çıxarmaq üçün lazım olan ləvazimatlara nə qədər maddi xərc çəkilir. Əsər isə hazır olduqda, heç də yaxşı dəyər görmür. Təəssüf ki, Azərbaycanda yaradıcılıq sahəsi insanlar tərəfindən maraqlı qəbul edilmir. Azərbaycan xalqı yaradıcılığa daha çox meyilli olsa, bu yaradıcılar üçün də çox xoş olardı.

- Gələcək üçün nə kimi planlarınız var?

- Gələcəklə bağlı bir sıra planlarım var. Ağlımda olan çox güclü heykəl kompozisiyaları var ki, onları həyata keçirməyi səbirsizliklə gözləyirəm. Sadəcə bunun üçün müəyyən bir vaxt lazımdır. Təhsilimi xaricdə - Kanadada davam etdirməyi planlayıram. Artıq bu üzrə hazırlaşıram da. Çox güman ki, işlərimi orada davam etdirəcəm, fikrimdə tutduğum əsərləri də orada ərsəyə gətirməyi planlayıram ki, daha çox kütləyə çıxa bilim. Yaradacağım əsərlər daha çox dəyər qazansın.

Paylaş:
2763

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər