Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdi | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdi

13:48 - 27 / 09 / 2023
Ceyhun Bayramov: 3 il ərzində Ermənistan Azərbaycanın uzatdığı əli geri itələdi

İşğal dövründə şəhər və kəndlərimizin yerlə-yeksan edilməsinə baxmayaraq, torpaqlarımızın azad edilməsindən dərhal sonra Azərbaycan Prezidenti sülh çağırışı etdi, düşmənçilik səhifəsinin üzərindən keçərək sülh müqaviləsi üzərində işləməyə Azərbaycan tərəfinin hazırlığını bildirdi.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sülh istiqamətində son 3 il ərzində atılan bütün addımlar Azərbaycan tərəfindən edilib:

"Ancaq biz şahid olduq ki, 3 il ərzində Ermənistan və onun qurduğu qurama təsisatlar bir qədər özlərinə gələndən sonra himayədarlarının dəstəyi ilə Azərbaycan tərəfindən uzadılan əli geri itələdi, yenə siyasi və hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və onun ərazimizdən çıxarılmasına qarşı çıxdı. Daha sonra biz siyasi təxribatların, "müstəqillik günləri"nin qeyd edilməsi, "seçkilər"in keçirilməsinin şahidi olduq. Nəhayət, hərbi təxribat nəticəsində 6 nəfər insanımızı itirdik və 6 nəfər də yaralandı. Azərbaycanın çağırışları nəticə vermədiyi üçün antiterror tədbirləri keçirməyə məcbur oldu və dünya da gördü ki, ordumuz heç bir mülki obyekti hədəf almadan separatçıları zərərsizləşdirdi. Nəticədə qurama rejim təslim olaraq Azərbaycanın legitim tələblərini qəbul etməyə vadar oldu. Cənab Prezidentimizin dediyi kimi, əgər 3 il əvvəl Azərbaycan öz ərazi bütövlüyü bərpa etmişdisə, 20 sentyabr tarixində öz suverenliyini tam bərpa etdi".

Paylaş:
125

Son xəbərlər

ANAMA mina hadisələri ilə bağlı çağırış edibBu gün, 14:35Deputat: “Növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarın verilməsi yerində atılmış bir addımdır”Bu gün, 14:14Şuşada mina partlayıb, xəsarət alan var - YENİLƏNİBBu gün, 14:11YAP fəalları ilə görüş keçirilmişdir - FOTOBu gün, 14:02Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılırBu gün, 13:46Prezident seçkiləri ilə əlaqədar gələn il fevralın 7-si qeyri-iş günü olacaqBu gün, 13:27“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu çərçivəsində Gənclər konfransıBu gün, 13:12Qurban Yetirmişli zəlzələ ilə bağlı əhaliyə çağırış edibBu gün, 12:52FHN əməkdaşları zəlzələdən sonra ərazilərə baxış keçirib, dağıntılara rast gəlinməyibBu gün, 12:51Apple Pay TuranBank-da – ilk ödənişdə 5 AZN keşbek!Bu gün, 12:45Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulubBu gün, 12:44Sabah hava necə olacaq?Bu gün, 12:26Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAMBu gün, 12:05“ASG Business Aviation” təyyarə bələdçisi vəzifəsinə xanım namizədlərin işə qəbulunu elan edirBu gün, 11:50ADY: “Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub” - YENİLƏNİBBu gün, 11:34Qara kürü: Əsl Xəzər kürüsünü saxta Çin kürüsündən fərqləndirməyin yolları - FOTOBu gün, 11:32Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45
Bütün xəbərlər

Next TV