Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası gələn il Yaponiyada keçiriləcək
Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası gələn il Yaponiyada keçiriləcək.
1news.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bildirib.
Xatırladaq ki, bundan əvvəlki iclas ötən ilin sentyabr ayında Bakıda keçirilib.
"Azərbaycanla tikinti, "yaşıl enerji", informasiya texnologiyaları sahələrində gələcək biznes əlaqələrinə ümid var", - deyə səfir qeyd edib.
Dövlət Komissiyası ölkə prezidentinin 5 fevral 1999-cu il tarixli sərəncamı ilə yaradılıb, Azərbaycan tərəfdən sədri ekologiya və təbii sərvətlər naziridir.
456