Şolts BMT nümayəndəliyinin Xankəndiyə səfərini müsbət dəyərləndirib | 1news.az | Xəbərlər
Rəsmi

Şolts BMT nümayəndəliyinin Xankəndiyə səfərini müsbət dəyərləndirib

Aynurə Xudaverdiyeva09:42 - 05 / 10 / 2023
Şolts BMT nümayəndəliyinin Xankəndiyə səfərini müsbət dəyərləndirib

Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

1news.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib.

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir.

Paylaş:
496

Son xəbərlər

Bütün xəbərlər