“Ali Baş Komandan xalqına verdiyi sözü yerinə yetirdi” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Ali Baş Komandan xalqına verdiyi sözü yerinə yetirdi” - ŞƏRH

Aynurə Xudaverdiyeva12:50 - 05 / 10 / 2023
“Ali Baş Komandan xalqına verdiyi sözü yerinə yetirdi” - ŞƏRH

“Azərbaycan bütün cinayətkarların həbs edilməsi, qanun qarşısında cavab verməsini təmin edəcək gücdədir”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin depuatatı Naqif Həmzəyev deyib. Millət Vəkilinin sözlərinə görə, Azərbaycanla heç kim təhdidkar dildə danışa bilməz:

“Bilirsiniz ki, bu günlərdə Gəncəyə raket hücumunun ildönümüdür və Gəncəyə raket hücumunu həyata keçirmək əmrini verən keçmiş seperatçıların “prezident”i Arayik Artunyan və digər həmin qondarma qurumda təmsil olunmuş, hərbi-siyasi rəhbərlikdə çalışmış şəxslər həbs olunaraq, Bakıya gətirilibdir. İlk növbədə bu Azərbaycan dövlətinin gücünü göstərir. Həmçinin Azərbaycanın hüquqi bir dövlət olduğuna bir misaldır. Azərbaycan bütün cinayətkarların həbs edilməsi, qanun qarşısında cavab verməsini təmin edə biləcək gücdədir. Şükürlər olsun ki, biz bu tarixi günləri yaşayırıq. Xüsusilə də Azərbaycan ərazisində separatizimin kökünün kəsilməsi, Azərbaycan suverenliyinin bərpa olunması, bütün dünyanın gözü qarşısında baş verdi. Erməni havadarı olan beynəlxalq təşkilatlar anlayırlar ki, Azərbaycan onlarla öz dilində danışaraq beynəlxalq hüquq və konvsensiyalara söykənərək, bütün bu tədbirləri həyata keçiribdir. Bu baxımdan da bu günlərdə Azərbaycanla təhdidkar dildə danışmaq, Azərbaycanı təhdid etmək mənasızdır. Ermənistandakı revanşist qüvvələr də bütün bunlarda doğru düzgün nəticə çıxarmalıdır. Bəzi Ermənistanda gizlənən hərbi cinayətlər törətmiş şəxslər də var ki, onların axtarışı “Interpol” tərəfindən axtarılır. Gec-tez onlar da ədalət qarşısında cavab verməli olacaqlar. Əli azərbaycanlıların qanına batmış həmin cinayətkarlar da əvvəl-axır Bakıya gətiriləcək və qanun qarşısında cavab verəcəklər”.

N.Həmzəyevin sözlərinə görə, Cənubi Qafqazda kənar qüvvələrə ehtiyac yoxdur:

“Bu günlərdə hər kəs sevinir, ən çox da gəncəlilər sevinir. Çünki Gəncə terrorunun törədilməsi və bu terrorun baş verməsi ilə bağlı əmr verən şəxs artıq həbs olunub. Biz sevinirik ki, dövlətimizin qüdrəti buna çatdı. Ali Baş Komandan xalqına verdiyi sözü yerinə yetirdi. Biz inanırıq ki, bütün hərbi cinayətlər törədən şəxslər qanun qarşısında cavab verəcəklər. Xüsusilə də Xocalı soyqırımını törətmiş, I Qarabağ savaşı da hərbi cinayətlər törətmiş, Aprel döyüşlərinin səbəbkarı olanlar, II Qarabağ Müharibəsindən sonra mina terroru törədən, Azərbaycan ərazilərini mina ilə çirkləndirən hər kəs qanun qarşısında cavab verəcəklər. İstənilən halda Azərbaycanın gücü hər kəsə bəllidir. Bəzi dövlətlər var ki, Ermənistanı hələ də haqsız yerə müdafiə edirlər və Ermənistanın sülh müqaviləsi imzalamasına maneə törədirlər. O qüvvələr də gec-tez reallığı qəbul edəcəklər. Cənubi Qafqazda kənar qüvvələrə, xüsusilə də Fransaya yer yoxdur. İlham Əliyevin sərgilədiyi daxili və xarici siyasət öz məntiqi nəticəsini verməkdədir. Biz əminliklə deyə bilərik ki, tezliklə bütün bu proseslər yekunlaşacaq. Cənubi Qafqazda dayanıqlı sülhə nail ola biləcəyik”

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər