“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunub

Qafar Ağayev16:31 - 29 / 11 / 2023
“Tiktok” ilə əməkdaşlıq çərçivəsində keçirilən proqramın qalibləri elan olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “TikTok” platforması ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TikTok Startup Academy” proqramının qalibləri müəyyən olunub.

Agentlikdən 1news.az-a verilən məlumata görə, 28 noyabr 2023-cü ildə keçirilən yekun tədbirdə Özbəkistandan 16 və Azərbaycandan 16 olmaqla final mərhələsinə keçmiş startaplar seminar, “piçinq” və netvörkinq imkanları ətrafında bir araya gəliblər. Tədbirdə iştirak edən İRİA və Özbəkistandan nümayəndələr, “TikTok” rəsmiləri və Azərbaycanda texnologiya, biznes istiqamətində məzmun yaradan blogerlər çıxış ediblər. Maarifləndirici sessiyada startaplara “TikTok” platformasında effektiv biznes strategiyaları haqqında seminarlar keçirilib.

Tədbirdə daha sonra “piçinq” sessiyasına seçilmiş 8 startap öz marketinq strategiyalarını auditoriyaya təqdim ediblər. Təqdimatların sonunda Azərbaycandan və Özbəkistandan toplam 6 startap qalib olaraq elan edilib. Belə ki, Azərbaycandan “BonPara”, “SpeakDay”, “MovementApp” startapları, Özbəkistandan “Tahrirchi”, “Sugurta Bozor”, “Beautify” startapları qalib olub. Onların hər biri “TikTok” platformasındakı marketinq investisiyası üçün 2.000 ABŞ dolları məbləğində mükafat əldə ediblər.

Qeyd edək ki, 30 oktyabr tarixindən elan olunan proqrama müraciət onlayn formada həyata keçirilib. Startapların minimum işlək məhsul (MVP) səviyyəsində olması və qlobal bazara çıxış üçün strateji plana sahib olması əsas meyarlar olaraq qeyd olunub. Bu meyarlara cavab verən 16 startap seçim mərhələsindən keçərək finala vəsiqə qazanıb.

“TikTok Startup Academy” proqramı Azərbaycandan və Özbəkistandan olan startaplara dəstək vermək, onları “TikTok” sosial şəbəkəsi vasitəsilə rəqəmsal mənzərədə inkişaf üçün gücləndirmək məqsədi daşıyır. Proqram iştirakçılara marketinq strategiyaları ilə bağlı ekspert məsləhətlərindən faydalanmaqla yanaşı, məzmun yaratmaq üçün yeni və effektiv yollardan istifadəni də təşviq edir. İRİA ilə bu əməkdaşlıq qlobal brend olan “TikTok”un Azərbaycanda startapları dəstəkləməyə və onların “TikTok” platformasında uğurlarına töhfə verməyə sadiqliyini nümayiş etdirir.

Paylaş:
363

Son xəbərlər

Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandıBu gün, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırBu gün, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilibBu gün, 14:36RİNN haqqında əsasnamə dəyişibBu gün, 14:30Daha bir məktəbdə yanğın olubBu gün, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak olduBu gün, 13:54“Azərbaycan Dəmir Yolları” Avropa İpək Yolu Sammitində təmsil olunubBu gün, 13:45Dövlət Xidmətindən havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərinə ÇAĞIRIŞBu gün, 13:36Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİBBu gün, 13:21“Təməl dalğıc kursu”nun növbəti buraxılış mərasimi keçirilibBu gün, 13:15Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcəkBu gün, 13:10SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıbBu gün, 13:01Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİBBu gün, 12:4715 aptekdə yoxlama aparılıb, nöqsanlar aşkarlanıbBu gün, 12:39Leysan xarakterli yağış gözlənilir - Sabahın havasıBu gün, 12:30“Zamanla eyni dalğada” – ASCO-nun zəngin tarixini əks etdirən kitab-fotoalbom nəşr olunubBu gün, 12:28Macarıstanda təqaüdlə təhsil imkanıBu gün, 12:22MEDİA “Fərdi jurnalist müsabiqəsi”nin nəticələrini açıqladıBu gün, 12:08İlham Əliyev Qvineya-Bisaunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 12:04Azərbaycana 80 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıbBu gün, 11:57
Bütün xəbərlər