Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb

12:19 - 09 / 12 / 2023
Azərbaycanın Belarusdakı səfiri geri çağırılıb

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Belarusdakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyevin geri çağırılması barədə sərəncam imzalayıb.

1news.az xəbər verir ki, sərəncama əsasən Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılır.

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər