Aİ səfiri Azərbaycanı təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Aİ səfiri Azərbaycanı təbrik edib

17:30 - 22 / 12 / 2023
Aİ səfiri Azərbaycanı təbrik edib

Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək.

1news.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “X”də yazıb.

O, Azərbaycanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasına ev sahibliyi etməsi münasibətilə təbrik edib: “Bu gözəl şəhər Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!”

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər