Hatayda yollar, evlər və iş yerləri su altında qalıb | 1news.az | Xəbərlər
Dünya

Hatayda yollar, evlər və iş yerləri su altında qalıb

16:07 - 04 / 01 / 2024
Hatayda yollar, evlər və iş yerləri su altında qalıb

Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda leysan gündəlik həyatı iflic edib.

1news.az xəbər verir ki, bu barədə "Trt Haber" məlumat yayıb.

Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb.

Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.

Paylaş:
349

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər