İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb

18:00 - 05 / 01 / 2024
İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanılıb

İrandakı terror partlayışları ilə əlaqəli bir neçə nəfər həbs edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

“Ən azı 89 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olan Kerman terror aktları ilə əlaqəli bir neçə nəfər həbs olunub”, - deyə nazir qeyd edib.

O bildirib ki, ölənlərin 54-ü qadın, 34-ü isə kişidir. Onlardan 12-si əfqan mühacirdir. 10 nəfər 10 yaşa qədər, 30 nəfər isə 18 yaşdan aşağıdır.

Nazir hər iki terrorçunun intihar əməliyyatları həyata keçirdiyini və onların cəsədlərinin hissələrinin hadisə yerində tapıldığını bildirib.

Vəhidi əlavə edib ki, həbslərin təfərrüatları kəşfiyyat xidmətləri tərəfindən veriləcək.

Qeyd edək ki, yanvarın 3-də Kermanda Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən yürüşdə törədilən iki partlayış azı 89 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub. Yaralıların bəzilərinin vəziyyəti ağırdır.

İŞİD partlayışlara görə məsuliyyəti üzərinə götürüb.

Paylaş:
374

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər