Geri dönmək üçün “12 addım” - SPR Sosial Reabilitasiya Mərkəzi sizə pis vərdişlərsiz həyatınızı qaytaracaq - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Geri dönmək üçün “12 addım” - SPR Sosial Reabilitasiya Mərkəzi sizə pis vərdişlərsiz həyatınızı qaytaracaq - FOTO - VİDEO

10:38 - 05 / 01 / 2024
Geri dönmək üçün “12 addım” - SPR Sosial Reabilitasiya Mərkəzi sizə pis vərdişlərsiz həyatınızı qaytaracaq - FOTO - VİDEO

Azərbaycanda 2021-ci ildən fəaliyyət göstərən və 200-dən artıq zərərli asılılıqdan qurtulmağa kömək edən “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi” öz missiyasını uğurla yerinə yetirir.

Reabilitasiya mərkəzinin rəhbərliyi narkomaniya, qumar, alkoqolizm asılılığında əziyyət çəkən şəxslərin qısa zamanda sağlam şəkildə ailəsinin, dostlarının yanına qayıtması vədini verir.

Mərkəzin rəhbəri Ruslan Həsənzadənin sözlərinə görə, mərkəz alkoqolizm, narkomaniya və qumar asılılığının müalicəsində ilk sıradadır:

“Nakomaniya və bu kimi bəlaların yayılması millətin sağlam həyat tərzinə təhlükə yaradır. Bu maddələrin qəbul edilməsi şəxsi fiziki və psixoloji cəhətdən məhv edir. Orqanizmin zəifləməsinə, arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Narkotik maddələrin qəbul edilməsinin ən dəhşətlisi bir neçə dəfə ondan istifadə edən insanda asılılıq yaratması faktıdır. Belə insanlar heç bir işlə məşğul ola bilmir. Bizim mərkəzimizdə peşəkar mütəxəssislər “12 addım” xüsusi proqramı vasitəsilə zərərli asılılıqdan əziyyət çəkən şəxsləri xilas edirlər. “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”mizdə qalmağınızı mümkün qədər rahat etmək üçün lazım olan bütün dəstəyi və köməyi təmin edirik. İşimizdə yüksək keyfiyyət, zəruri psixoloji yardım zəmanəti veririk”.
Mərkəzə tərəddüd etmədən müraciət edə bilərsiniz. Çünki Reabilitasiya mərkəzinin mütəxəssisləri orada qalan şəxslərin məxfiliyinə tam nəzarət edirlər. Müqavilənin müvafiq bəndində göstərilən xəstələr haqqında məlumatlar açıqlanmır.
Əgər lazım olarsa, SPR Reabilitasiya Mərkəzi, Bakının ən yaxşı klinikalarında sizin üçün diaqnostika və müalicə təşkil edəcək.

Mərkəzin rəhbəri Ruslan Həsənzadə vurğulayıb ki, mərkəzin şəbəkəsi genişləndirilir:

“Müraciət edənlərin sayı əsasən kişilər olsa da, qadınlar üçün də SPR-ın ayrıca mərkəzi fəaliyyət göstərir və onların məxfiliyi qorunur. Biz “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”ni açılanda az sayda mütəxəssis ilə işə başlamışdıq. İndi isə həm Bakı şəhər və yaxın qəsəbələrdə mərkəzlərimizin sayı artıb, həm də 20 nəfər peşəkar psixoloq mütəxəssislərimiz var. SPR reabilitasiya mərkəzinin heyəti, həm narkomaniya, həm də alkoqolizmdən çəkinmə hallarının aradan qaldırılması, həm də müşayiət olunan psixoloji pozğunluqların və ağırlaşmaların düzəldilməsi üçün ən mütərəqqi metodlardan istifadə edirlər”.


Qeyd edək ki, hər mərkəzdə maksimum 36 nəfər reabilitasiya üçün yerləşdirmə imkanı var və indiyə kimi 1000 artıq şəxsə psixoloji yardım göstərib.
Siz də rahat atmosfer, tam reabilitasiya kursu ilə sağlam həyata qayıtmaq istəyirsinizsə, “SPR Sosial və Psixoloji Reabilitasiya Mərkəzi”nin peşəkarları ilə əlaqə saxlayın.

Əlaqə nömrəsi: 077 223 43 93, 099 998 33 33
https://spr.az/
https://www.instagram.com/spr_baku/
https://www.facebook.com/sprbaku/

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər