ABŞ-də yüksəklikdə olan təyyarənin qapısı partladı - Qorxulu anlar | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də yüksəklikdə olan təyyarənin qapısı partladı - Qorxulu anlar

10:32 - 07 / 01 / 2024
ABŞ-də yüksəklikdə olan təyyarənin qapısı partladı - Qorxulu anlar

ABŞ-nin Oreqon ştatının Portlend şəhərindən Kaliforniyanın Ontario şəhərinə uçan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Alyaska Hava Yollarına məxsus Boeing 737 Max 9 sərnişin təyyarəsinin təcili çıxış qapısı naməlum səbəbdən təzyiqin düşməsi nəticəsində 16 min fut yüksəklikdə partlayıb.

Aeroporta qayıtdı

Alyaska Hava Yolları tərəfindən edilən şərhdə, bu ifadələrdən istifadə edilərək ətraflı bir açıqlama verilmədi: "1282 saylı uçuş axşam saatlarında havaya qalxdıqdan qısa müddət sonra Portlendə təhlükəsiz şəkildə geri endi." Federal Aviasiya Administrasiyasından verilən açıqlamada ekipajın "təzyiq problemi" olduğunu bildirdiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. "Alyaska Airlines", donanmasında olan 65 Boeing 737 Max 9 təyyarəsini müvəqqəti olaraq dayandırdığını açıqladı.

Oksigen maskaları endirilib

Hadisə zamanı xəsarət alan olmasa da, sərnişinlərin sosial şəbəkədə paylaşdıqları foto və videolarda təyyarənin pəncərəsində böyük bir açılış olduğu və oksigen maskalarının asıldığı görünür.

ABŞ Federal Aviasiya Administrasiyası bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin uçuşlarının müvəqqəti olaraq dayandırılacağını açıqlayıb. Türk Hava Yolları donanmasında olan 5 ədəd “Boeing 737 MAX 9”təyyarəsini ilk eniş edəcəyi hava limanındakı əməliyyatlardan geri çəkməyə qərar verib.

Paylaş:
419

Son xəbərlər

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıbBu gün, 13:21COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər