​​​​​​​Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

​​​​​​​Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüş keçirilib - FOTO

19:05 - 09 / 01 / 2024
​​​​​​​Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti ilə görüş keçirilib - FOTO

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarovla Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink arasında virtual formatda görüş keçirilib.

İqtisadiyyat naziri bildirib ki, ölkəmiz Bankla əlaqələrin inkişafına önəm verir və AYİB-lə birgə həyata keçirilən layihələr üzrə qabaqcıl təcrübənin, innovativ texnoloji yeniliklərin ölkəmizdə tətbiqi xüsusilə əhəmiyyətlidir. AYİB-lə enerji, xüsusilə bərpa olunan və alternativ enerji, “Hökumət buludu” Məlumat Mərkəzi (G-Cloud) və s. kimi gündəlikdə duran pioritet layihələrin müzakirəsi vacibdir.

Yurgen Riqterink ikitərəfli əməkdaşlıq portfelinin mühüm məsələləri əhatə etdiyini və Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərinin tərəfdaşlığı stimullaşdırdığını diqqətə çatdırıb. Bankının birinci vitse-prezidenti BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, AYİB-in bu istiqamətdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə əməkdaşlığın perspektivləri, bərpa olunan enerji, informasiya texnologiyaları ekosisteminin təkmilləşdirilməsi sahəsində birgə fəaliyyətin genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Paylaş:
245

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər