Azərbaycan ötən il neft emalını 5%-dək artırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan ötən il neft emalını 5%-dək artırıb

15:59 - 11 / 01 / 2024
Azərbaycan ötən il neft emalını 5%-dək artırıb

Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Bu barədə 1news.az Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, ötən 2022-ci ildə Azərbaycanda 6,2 mln. ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Paylaş:
382

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər