İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub | 1news.az | Xəbərlər
Dünya

İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub

10:22 - 13 / 01 / 2024
İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

1news.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Paylaş:
685

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər