Yelo Bank 20 milyondan çox xalis mənfəət əldə edib
Yelo Bank 2023-cü ilin yekunu üzrə maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə baxdıqda ötən il Yelo Bank-ın ili idi desək, yanılmarıq. İlk növbədə Bankın xalis mənfəəti il ərzində 4 dəfə artaraq 20 milyon manatı keçib.
- Ötən il Yelo Bank kredit portfelinin artım dinamikasını qoruyub saxlayıb. Ümumi kredit portfeli il ərzində 142 milyon, yəni 23% artaraq 764 milyon manat olub.
- Bankın strategiyasına uyğun olaraq kredit portfelinin mühüm hissəsini, yəni 63%-ni biznes kreditləri təşkil edir. Ötən il 466 milyon manat biznes krediti verilib. Bununla da, Bankın biznes kredit portfeli 22% artaraq 483 milyon manatı keçib.
- 2023-cü ildə 268 milyon manatdan çox istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli də 61 milyon, yəni 28% artaraq 281 milyon manat təşkil edir. Bu satışın 60%-dən çoxu onlayn kanalların payına düşür.
- Bankın fiziki şəxslərin müddətli depozitlərinin həcmi il ərzində 36% artaraq yarım milyarda yaxınlaşıb. Bu da Yelo Bank-ın əmanət məhsullarının əhali üçün cəlbedici olduğunun göstəricisidir.
- Eyni zamanda Bankın faiz və qeyri-faiz gəlirləri də artıb. İl ərzində faiz gəlirləri 30%-lik artımla 113 milyon, qeyri-faiz gəlirləri isə 21% artımla 12 milyon manata çatıb.
- Hesabat dövrünə Bankın məcmu kapitalı 109 milyon manatı ötüb. Bu isə 2022-ci ilin sonu ilə müqayisədə 16 milyon manat daha çoxdur.
Ötən il Yelo Bank regionlarda xidmət şəbəkəsini genişləndirib. Xaçmaz, Tovuz və Masallıda rəqəmsal konseptli yeni filiallar müştərilərin xidmətinə verilib. 2024-cü ildə də Bankın parlaq bankçılıq konseptinə uyğun yeni filiallar istifadəyə veriləcək, o cümlədən, mövcud filiallar daha da təkmilləşdiriləcək.
Bankda depozit yerləşdirmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!