Avropada təbii qazın qiyməti 340 dollardan aşağı enib
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 340 ABŞ dollarından aşağı enib.
1news.az xəbər verir ki, 15 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 339 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (362,6 dollar) ilə müqayisədə 6,5% azdır.
Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
210