Deputat parklanma qiymətlərindən danışdı: “Güzəştlər olmalıdır”
Ayrı-ayrı insanlar 8 saat iş yerində olur və avtomobili ilə işə gəlir.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, yeni parklanma qiymətləri ilə həmin adam üçün parklanma haqqı çox ciddi rəqəmə gətirib çıxarır: “Ali məktəbə gələnlər üçün də belə problem var. Güzəştli kateqoriyalar yaradılmalı, bu şəxslərə parklanma qiymətlərində güzəştlər tətbiq edilməlidir”.
233