Nazir Latviya səfiri ilə COP29-a hazırlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Nazir Latviya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

15:00 - 22 / 02 / 2024
Nazir Latviya səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüşüb.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
231

Son xəbərlər

Bütün xəbərlər