Kamaləddin Qafarov: “Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq dərinləşir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq dərinləşir”

10:32 - 22 / 02 / 2024
Kamaləddin Qafarov: “Azərbaycanla Türkiyə arasında hərbi-siyasi əməkdaşlıq dərinləşir”

“Azərbaycan və Türkiyə Prezidentlərinin seçkilərdən sonra ilk rəsmi dövlət səfərini qardaş ölkəyə etmələri artıq ənənə şəklini almışdır.

Bu ənənə Azərbaycan və Türk xalqlarının əsrlərdən bəri davam edən səmimi dostluq və qardaşlıq münasibətlərinin əsasında formalaşmışdır. Bu gün isə, Azərbaycan-Türkiyə münasibətləri artıq sadəcə iki ölkənin və hətta sadəcə regionun gələcəyinə deyil, qlobal miqyasda beynəlxalq proseslərin gedişinə təsir edəcək bir amilə çevrilmişdir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 18-də qardaş Türkiyəyə etdiyi rəsmi dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. “Dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibli görüşlər zamanı bir çox vacib məsələlər, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələr müzakirə edilib, Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi aparılıb.”

K.Qafarov qeyd edib ki, müasir dünyada gedən proseslərin fonunda Azərbaycan ilə Türkiyə arasında, ilk növbədə, məhz hərbi-siyasi sahədə əməkdaşlığın dərinləşdirilməsi getdikcə öz əhəmiyyətini artırır: “Təsadüfi deyil ki, dövlət başçılarının keçirdikləri geniş tərkibli görüş zamanı cənab Prezident İlham Əliyev hərbi sahədə və müdafiə sənayesi sahəsində əməkdaşlığın önəmini xüsusi vurğuladı. Möhtərəm dövlət başçımız prezident seçkilərindən iki gün sonra şəxsən iştirak etdiyi ilk tədbirin də “Bayraktar Akıncı” PUA-sının təqdimatı olduğunu diqqət mərkəzinə gətirdi. Qeyd olundu ki, bu gün Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və genişlənir. Təbii ki, Azərbaycan səmasında PUA-ların uçması ölkəmiz üçün yeni imkanlar yaradır. Həmçinin cənab Prezident İlham Əliyev “Baykar Holding”in Azərbaycanda təlim, tədris və təmir mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. Əlaqələrini artıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş iki qardaş ölkənin bilavasitə hərbi sahədə əməkdaşlıq əlaqələri xüsusi önəm kəsb edir. Dövlət başçımızın mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə orduları bir yumruq anlamına gəlib və hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm də Azərbaycanda keçirilir. Əlbəttə ki, bütün bunlar ölkələrimizin hərbi qüdrətinin artmasına xidmət edir. Həm Vətən müharibəsinin, həm də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri bir daha təsdiq etdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam mənimsənilib və yüksək effektivliklə tətbiq edilir”.

Paylaş:
201

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər