“Unutmadıq, unutmayacağıq” – Türkiyə səfiri Xocalı soyqırımından yazdı | 1news.az | Xəbərlər
Siyasət

“Unutmadıq, unutmayacağıq” – Türkiyə səfiri Xocalı soyqırımından yazdı

09:25 - 26 / 02 / 2024
“Unutmadıq, unutmayacağıq” – Türkiyə səfiri Xocalı soyqırımından yazdı

Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik.

1news.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb.

“Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, - səfir qeyd edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 32-ci ildönümüdür.

Paylaş:
371

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər