Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

16:29 - 02 / 03 / 2024
Ceyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub: “Nazir Ceyhun Bayramov Azərbaycan və İraq arasında intensiv qarşılıqlı təmasların və səfərlərin münasibətlərin müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, mədəni və s. istiqamətlər üzrə uğurlu inkişafına töhfə verdiyini diqqətə çatdırıb”.

Həmçinin vurğulanıb ki, Azərbaycan və İraq arasında tarixi dostluq və həmrəyliyə əsaslanan münasibətlərin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstəkdə özünü biruzə verdiyi bildirilib: “Qarşı tərəf cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı ətraflı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub və İraq tərəfinin prosesdə yaxından iştirak edəcəyinə əminlik ifadə olunub”.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumundan bəhs edib.

Nazir Fuad Hüseyn İraqın Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyini ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
265

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər