Azərbaycanın energetika naziri Əlcəzairə səfər edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın energetika naziri Əlcəzairə səfər edib

10:34 - 02 / 03 / 2024
Azərbaycanın energetika naziri Əlcəzairə səfər edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.

1news.az nazirliyə istinadən xəbər verir ki, P. Şahbazov martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.

Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.

Paylaş:
270

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər