Ceyhun Bayramov CICA-nın Baş katibi ilə görüşüb - YENİLƏNİB
3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov martın 2-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb.
1news.az-a XİN-dən verilən məlumata əsasən, nazir Ceyhun Bayramov Azərbaycanın AQEM-i vahid norma və prinsiplər toplusuna əsaslanan unikal dialoq və əməkdaşlıq platforması kimi qiymətləndirdiyini vurğulayıb.
Məlumatda qeyd olunub ki, AQEM prosesinin qurucu üzvlərindən biri kimi Azərbaycanın qarşılıqlı faydalı iqtisadi və sosial əməkdaşlığın inkişafı və müvafiq etimad quruculuğu tədbirləri çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin, regional və beynəlxalq nəqliyyat və tranzit əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırıb.
Görüşdə bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində AQEM tədbirinin keçirilməsi və ətraf mühit sahəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
11:58
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Etimad Tədbirləri üzrə Konfransın (CICA) Baş katibi Kairat Sarybay ilə görüşüb.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Vurğulanıb ki, rəsmi Bakı CICA çərçivəsində tərəfdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.