Türkiyəli aktyor motosiklet qəzasında ölüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyəli aktyor motosiklet qəzasında ölüb

16:48 - 06 / 03 / 2024
Türkiyəli aktyor motosiklet qəzasında ölüb

Türkiyəli aktyor Efe Deprem ötən gecə motosiklet qəzasında ölüb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən aktyora ilkin yardım göstərilib. Lakin 41 yaşlı Depremin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor həmkarı Burcu Altın Depremlə evli idi. Onlar 2019-cu ildə ailə qurublar və bir qız övladları var.

“Evim sensin”, “Aşk oyunu”, “Bir gece”, “Sevimli tehlikeli”, “Kefaret”, “Evlat olsa sevilmez” və “Seksenler” kimi seriallarda rol alan Efe Deprem son olaraq Yasemin Sakallıoğlu və İbrahim Büyükakın ilə birlikdə “Mutluyuz” filmində oynayıb.

Paylaş:
746

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər