Azərbaycan pəhləvanı dünya rekordunu qırıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan pəhləvanı dünya rekordunu qırıb

17:49 - 02 / 04 / 2024
Azərbaycan pəhləvanı dünya rekordunu qırıb

Azərbaycan pəhləvanı Vüsal Cavadov dünya rekordunu qırıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, bunun üçün müxtəlif hərəkətlərdə gücünü sınayıb.

İdmançı ilk olaraq şüşə qırıntıları üzərinə çıxaraq bıçaqdan asılı olan 33 kiloqram ağırlığında çəki daşlarını qaldırıb. Sonra pəhləvan ağzında iti bıçağın kəsici tərəfi ilə avtomobili dartıb. Bununla da V.Cavadov yeni dünya rekorduna imza atıb.

“Ginnes” rekordçuları və Dünya Rekordlar Federasiyasının nümayəndələri prosesi qeydə aldıqdan sonra təsdiqləyiblər.

Paylaş:
664

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər