Doqquz milyona yaxın abunəçisi olan türkiyəli yutuberin kanalı oğurlanıb
Məşhur türkiyəli yutuber Ruhi Çenetin doqquz milyona yaxın abunəçisi olan kanalı oğurlanıb.
1news.az Oxu.Az-a istinadən xəbər verir ki, kanalın adı “Ripple” ilə dəyişdirilib.
Ruhi Çenet, əsasən, səyahət məzmunlu videolarla məşhurluq qazanıb.
Məlumat üçün əlavə edək ki, Ruhi Çenet Azərbaycanla bağlı da müxtəlif videoçarxlar hazırlayıb. O, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə olub, Azərbaycan əsgərləri ilə söhbət edib, onların vəziyyəti ilə maraqlanıb.
Daha sonra Gəncədə olan bloqer erməni terrorundan zərər görən insanlarla görüşüb. Onların fikirlərini öyrənən R.Çenet bununla da bir çox faktı dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
681