Gürcüstandan Azərbaycana pul köçürmələri 30% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gürcüstandan Azərbaycana pul köçürmələri 30% artıb

Qafar Ağayev16:12 - 13 / 04 / 2024
Gürcüstandan Azərbaycana pul köçürmələri 30% artıb

2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb.

1news.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8 %-dən 2,3 %-ə çatıb.

Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8 % azdır.

İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8 %-dən 10,7 %-ə çatıb.

Paylaş:
294

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər