Azərbaycan nefti ucuzlaşdı
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,78 dollar azalaraq 116,26 dollar olub.
1news.az xəbər verir ki, bu, əvvəlki qiymətlə müqayisədə 2,33% azalma deməkdir.
“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 116,59 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir bareli 3,07 dollar və ya 2,83% ucuzlaşaraq 105,42 dollara düşüb.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
76












