Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Siyasət

Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 2

Qafar Ağayev17:13 - 22 / 05 / 2024
Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tehranda anım mərasimində iştirak edib - VİDEO - YENİLƏNİB 2

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Respublikasının Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verdi.

Bildirildi ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr etmişdir.

Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.

***

14:45

Baş nazir Əli Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopter qəzasında həlak olan digər şəxslərlə anım mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfərə gedib.

1news.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

***

Saat 09:39

Mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Paylaş:
778

Son xəbərlər

Bütün xəbərlər