Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib | 1news.az | Xəbərlər
Dünya

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib

Qafar Ağayev12:17 - 22 / 05 / 2024
Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib

Norveç Fələstin dövlətini rəsmən tanıdığını elan edib.

1news.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Norveç Baş naziri Yonas Qar Störe bildirib.

“On minlərlə insanın öldüyü və yaralandığı müharibənin ortasında həm israillilərə, həm də fələstinlilərə siyasi həll təklif edən yeganə alternativi qoruyub saxlamalıyıq: iki dövlət, sülh və əmin-amanlıq içində yan-yana yaşamaq”, - Baş nazir deyib.

Baş nazir həmçinin vurğulayıb ki, Fələstinin tanınması uzun sürən və qəddar münaqişədə mövqelərini itirən mötədil qüvvələrə dəstək üçün zəruridir.

O, qərarın mayın 28-də qüvvəyə minəcəyini açıqlayıb: “Həmin gün bizimlə həmfikir bir sıra Avropa ölkələri də Fələstini rəsmən tanıyacaq”.

Paylaş:
1275

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər