İnşası sürətli, yüksək keyfiyyətli, tullantısı az - Beton konstruksiya ilə inşa edilən evlər nə qədər SƏMƏRƏLİDİR?
Bir çox sahələrdə olduğu kimi tikinti sahəsi günü-gündən yenilənir, inkişaf edir.
Bu yeniliklər keyfiyyətə, sürətə, təhlükəsizliyə və s. məsələlərə uyğun dəyişir. Dünyada son zamanlar beton panellərdən olan binaların inşası geniş yayılır. Ölkəmizdə də Qarabağda yenindənqurma işlərinin sürətlə davam etdiyini nəzərə alaraq, bu üsul Azərbaycan üçün də önəmli ola bilər. Bəs görəsən bu üsul Azərbaycanda da səmərəli olarmı?
Məsələ ilə bağlıl 1news.az-a danışan texniki elemlər namizəd, Dəmir-beton konstruksiyaları sahəsi üzrə mütəxəssis Vüqar Aslanov deyib ki, dünyanın bir çox ölkəsində beton panellərlə quraşdırılan binalar sürətlə yayılır.
“Zavod üsuluyla hazır edilən tikintidə istifadə edilən hər bir dəmir-beton məmulatı bir çox üstünlüklərə malikdir. Belə ki, sex şəraitində keyfiyyətə nəzarət daha yüksək səviyyədə nəzarət edilir, təhlükəsizlik texnikasına nəzarət daha rahat və əsaslıdır, tikinti materiallarının israfa verilməsi və bunun nəticəsi olaraq məsulun maya dəyərin aşağı düşməsi olur, zavod şəraitində tikintidə görülən işlərin bir necə proseslərin hazır məsulun üzərində aparılması. Bizim nəzərə aldığımız istiqamətdə (bina tikintisi və.s.) fasad işlərini, daxili divarların işlənməsi, elektrik və s. xətlərin aparılması, pəncərələrin qoyulmasına qədər işlər sexdə aparıla bilər, tikinti sahəsinin az yüklənməsi konstruksiyalar zavoddan gələn kimi yerlərinə montaj olunması, havanın tikinti işlərinin sürətinə təsiri olmaması, Əvvəlcədən planlama imkanı. Kostruksiyala (sütunların,riqellərin, divarların, örtük plitələrinin və s.)zavodda hazırlanması və tikinti sahəsinə havanın mülayim vaxtı daşınması və s. kimi üstünlüklərə malikdir”.
O qeyd edib ki, beton quraşdırmalarla inşa edilən binaların hündürlüyü 22 mərtəbəyə qədər ola bilər.
"Beton konstruksiya ilə inşa edilən binalar eyni zamanda 9 bal gücündə zəlzələyə də davamlı olur".
V.Aslanov deyib ki, Azərbaycan beton evlərlə bağlı təcrübə var.
“Belə ki, Sovet dövründə Azərbaycanın bir çox yerində Bina tikinti kombinatları (DSK) var idi. Bu da Azərbaycanda belə zavodun inşa edilməsi üçün imkan yaradır. Hazırda isə həmin DSK-lar fəaliyyət göstərmir. Hazırda Qarabğda sürəti bərpa və yenidənqurma işlərinin getməsini nəzərə alsaq, belə zavodun fəaliyyətinə böyük ehtiyac olduğunu düşünürəm. Müəyyən edilmiş layihə əsasında qəliblər hazırlanır, zavodda beton panellər hazırlanır və sürətli şəkildə montaj edilir. Düşünürəm ki, belə istehsal müəssisələrinin azad olunmuş ərazilərdə və yaxın yerlərdə inşa edilməsi də xərclərin azalmasına gətirib çıxaracaq”.
“Sovet dövründə inşa edilən panel evlərlə, yeni texnologiya ilə inşa edilən panel evlər fərqlənir” – deyə, V.Aslanov əlavə edib:
“Belə ki, yeni standartlarla inşa edillən Sovet dövrü zamanı inşa edilən panellər 3 laylı deyildi və temperaturu saxlaya bilmirdi. Yeni texnologiya ilə hazırlanan panellər isə 3 qatdan ibarətdir, ortasında isə daş yunu və ya strofoam (penoplast) olur. Bu isə çöldə olan temperaturun içəri, içəridə olan temperaturun isə çölə çıxmasının qarşısını alır. Eyni zamanda Sovet dövründə inşa edilən panel evlərdə rütubət problemi var idi, ancaq yeni texnologiya ilə hazırlanan panel evlərdə belə problem olmur. Finlandiyada, Rusiyada və dünyanın bir çox yerində belə təcrübədən istifadə edilir. Eyni zamanda ölkəmizdə də bu təcrübədən istifadə edilib, belə ki, Vətən müharibəsində torpaqlarımız azad olunandan sonra Ağdamda yeni nəsil izolyasiyalı paneldən nümunə üçün fərdi ev inşa edilib".