Penitensiar xidmətlə Vəkillər Kollegiyası arasında görüş keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmətlə Vəkillər Kollegiyası arasında görüş keçirildi

Qafar Ağayev17:46 - 11 / 06 / 2024
Penitensiar xidmətlə Vəkillər Kollegiyası arasında görüş keçirildi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəhbərliyi ilə Vəkillər Kollegiyasının rəhbər heyəti arasında birgə fəaliyyətin təşkili ilə bağlı görüş keçirilib.

1news.az xəbər verir ki, Görüşdə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov qonaqları salamlayaraq, ədliyyə naziri Fərid Əhmədovun tapşırığına əsasən həbs edilmiş şəxslərin və məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində Vəkillər Kollegiyası ilə sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Vəkillər Kollegiyasının hər zaman məhkumların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində əməli addımlar atdığını bildirən nazir müavini həbs edilmiş şəxs və məhkumlara peşəkar hüquqi yardımın göstərildiyini, hüquqi maarifləndirmə istiqamətində müxtəlif cəzaçəkmə müəssisələrində mütəmadi tədbirlərin həyata keçirildiyini, təşkil edilən hüquqi yardım tədbirləri zamanı məhkumlara mülki və cinayət qanunvericiliyinin müddəalarının ətraflı izah edildiyini qeyd edib.

Qəbula görə ədliyyə naziri Fərid Əhmədova və nazir müavini Mirsaleh Seyidova minnətdarlığını ifadə edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov hər iki qurum arasında ilk dəfə bu cür səmərəli görüşün keçirildiyini vurğulayıb, son dövrlər Kollegiyada görülən işlərdən söz açıb, hüquqşünasların vəkilliyə marağının artdığını, o cümlədən Penitensiar xidmətdə aparılan mühüm islahatları xüsusi qeyd edib.

Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran Anar Bağırov məhkumların qarşılaşdığı hüquqi problemlərin həlli istiqamətində bundan sonra da zəruri tədbirlərin görüləcəyini bildirib. Görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, mövcud imkanlar qiymətləndirilib. Tərəflər arasında növbəti illərdə məhkumlara ödənişsiz hüquqi yardımın göstərilməsi, eyni zamanda, Kollegiyanın Qadın Vəkillər Alyansı ilə qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsi arasında birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib.

Sonda qonaqlar Penitensiar xidmətin Baş idarəsinin inzibati binası ilə, eləcə də muzeydə Ulu Öndər Heydər Əliyev və Zəfər şəhidlərinin xatirə guşələri ilə tanış olublar.

Paylaş:
215

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər