Deputat: “Bu addım Makronun siyasi karyerasının sonu ola bilər”
“Görünyü kimi Avropada maraqlı proseslər baş verir, daha çox milliyətçilər hakimiyyətə gəlmək şanslarını artırırlar”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Avropa parlametinə sonuncu seçkilərdən də belə qənaətə gəlmək olur ki, milli düşüncəyə sahib olan deputatların sayı artmaqdadır. Makronun son dövrlərdə həm Fransanın daxili və xarici siyəsətində uğursuz addımları, eyni zamanda Avropanın vahid lideri olmaq istəyinin puç olması nəticə etibarı ilə mövqelərini çox zəiflədib. Fransa Prezidentinin parlamenti buraxaraq yenidən növbədənkənar parlament seçkiləri keçirməsi də əslində çox risqli addımdır. Bəlkə Makronun Prezidentilik dönəmi başa çatmadan onun siyasi karyerası da yekunlaşa bilər.
“Xüsusilə də Parisdə böyük idman yarışının keçiriləcəyi bir ərəfədə belə bir addımın atılması seçkilərin çox çətin və qəliz keçəcəyi qənaətinə gəlmək olar” – deyə N.Həmzəyev əlavə edib:
“Markonun fəasətsiz və uğursuz siyasi fəaliyyəti nəticə etibarı ilə onun partiyasının və onun tərəfdaşlarının zəifləməsi ilə nəticələnəcək. Ola bilər ki, parlament seçkilərində hazırkı mövqeyi daha da zəifləsin. Belə düşünürəm ki, növbəti illərdə biz Makronun siyası səhnədən tam gedəcəyinə şahidlik edəcəyik”.