Təkrar əlillik təyin edilmiş 34 mindən çox şəxs sosial ödənişlərlə təmin edilib
2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar əlillik təyin edildikdə, təkrar əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödənişlər verilir. Bu tədbir ötən dövrdə 34,3 min şəxsi əhatə edib.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,4 mln. manat vəsait ödənilib.
192