İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub | 1news.az | Xəbərlər
Cəmiyyət

İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub

Qafar Ağayev16:14 - 13 / 06 / 2024
İyun ayının ötən dövrü ərzində yağıntıların sayı çox olub

İyun ayının ötən dövrü ərzində, 1-13 iyun tarixlərində bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi günlərdə yağıntılar leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə daha çox qeydə alınıb.

Bunu 1news.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

“Belə ki, yağıntının miqdarında ən çox artım olan bölgələr Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq normanın 135-155%-i qədər yağıntı düşüb.”

Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyun ayında bölgələrdə 43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyun ayının ötən günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin intensivliyinin göstəricisidir.

“İyun ayının ötən dövrü ərzində ölkə ərazisində havanın temperaturu 4-7.2 dərəcə iqlim normasından çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 27 m/s, bölgələrdə isə 34 m/s-yə çatıb”.

N.Mahmudov bildirib ki, qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var.

“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər".

Paylaş:
184

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər