“Azərxalça” ASC və Aydan Salahova ortaq layihəyə - “Qadın” triptix xalçasına imza atdılar - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Azərxalça” ASC və Aydan Salahova ortaq layihəyə - “Qadın” triptix xalçasına imza atdılar - FOTO

Qafar Ağayev17:05 - 14 / 06 / 2024
“Azərxalça” ASC və Aydan Salahova ortaq layihəyə - “Qadın” triptix xalçasına imza atdılar - FOTO

Azərbaycanın milli-mənəvi sərvəti olan xalçaçılıq sənətinin inkişafı, müasir dövrə, tələblərə uyğunlaşdırılması və müasir incəsənətin bir qoluna çevrilməsi yolunda “Azərxalça” ASC-nin gənc, müasir, yerli və xarici incəsənət nümayəndələri ilə birgə əməkdaşlığı davam edir.

1news.az xəbər verir ki, bu gün- iyun ayının 14-də “Azərxalça” ASC- nin İçərişəhərdə yerləşən xalça nümayişi salonunda limitli və eksklüziv “Qadın” triptixi, xalça kolleksiyasının təqdimatı baş tutub.

Bu dəfə rəssam, heykəltəraş, qrafik dizayner, qalereya sahibi və pedaqoq, beynəlxalq incəsənətin müasir və tanınan nümayəndəsi, azərbaycanlı rəssam Aydan Salahovanın “Qadın” rəsm əsərini “Azərxalça” ASC – nin yaradıcı qrupu xalça üzərinə köçürüb. Nəticədə iki ədəd 230:111, bir ədəd 230:170 ölçüsündə xalçalardan ibarət “Qadın” triptix xalça kolleksiyası ərsəyə gəlib. Kolleksiya limitlidir, ümumilikdə 10 xalça üçlüyündən ibarətdir. Kolleksiya 2 ay müddətində “Azərxalça” ASC-nin Nardaran emalatxanasında 8 toxucu tərəfindən ərsəyə gəlib.

Xalça xaricindəki naxışlar sosial münasibətləri və gözləntiləri, daxilindəki boşluq isə insanın əsl mənliyini simvollaşdırır. Ornamentlərlə örtülmüş qadın fiquru xarici təsirlərin onu necə əhatə etdiyini nümayiş etdirir, lakin yalnız daxilində onun əsl mahiyyəti üçün yer var. Daxili boşluq insanın xarici təsirlərdən azad olan həqiqi mənliyini simvollaşdırır.

Mərasimdə başda “Azərxalça” ASC- nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov olmaqla, Aydan Salahova, yaradıcı qrup, yerli incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər, media nümayəndələri və xarici qonaqlar iştirak edib.

Tədbiri İdarə Heyətinin sədri Emin Məmmədov açıq elan edib. Çıxış zamanı qeyd olunub ki, milli- mənəvi sərvətlərimizin hər biri qorunmaqla yanaşı müasirliyə, müasir həyata uyğunlaşmağa çox münasibdir və xalçaçılıq sənəti də istisna deyil. Bildirildi ki, “Azərxalça” ASC xalçaçılıq üzərində daim müsbət reaksiyalara səbəb olan çalışmalar aparır və bu yolda istedadlı, müasir, Vətənini sevən hər bir yaradıcı insanın əməyindən istifadə edir, onlara öz ideyalarını həyata keçirməyə imkan yaradır. Aydan Salahovanın “Qadın” əsərinin xalça üzərinə köçürülməsi də çox böyük marağa səbəb olub, bu səbəbdən istedadlı rəssam ilə ortaq işlərin davam edəcəyi də vurğulanıb.

Aydan Salahova isə çıxışı zamanı Azərbaycanı, onun gözəl mədəniyyəti və xalçaları çox sevdiyini vurğulayaraq, əsərdə qadınlarla bağlı istək və arzularını, ümid və gümanlarını çox detallı şəkildə göstərməyə çalışdığından söz açıb. Sonda isə rəssam ona əsərini gözəl xalça formasında təqdim etməyə kömək etdikləri üçün “Azərxalça” ASC- nin yaradıcı qrupuna minnətdarlığını bildirdi.

Daha sonra qonaqlar triptix xalça kolleksiyası ilə tanış oldular.

Paylaş:
631

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər