Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Qafar Ağayev15:01 - 24 / 06 / 2024
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

1news.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər