Berlində Azərbaycan dili məktəbinin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Qafar Ağayev17:38 - 24 / 06 / 2024
Berlində Azərbaycan dili məktəbinin açılışı olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və ölkəmizin Almaniyadakı səfirliyin birgə təşkilatı dəstəyi ilə “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin həftəsonu Azərbaycan dili məktəbinin rəsmi açılış mərasimi keçirilib.

Bu barədə 1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərasimdə çıxış edən komitə sədrinin müavini Elşad Əliyev Ana dili məktəbinin açılması münasibətilə müəllim və şagird heyətinə təbriklərini çatdırıb. O, eyni zamanda, komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları haqqında ətraflı məlumat verib. Bildirilib ki, xaricdə yaşayan azyaşlı uşaqlar üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan dili məktəblərinin təsis olunması gənc nəslin tarixi Vətənlə bağlarının qorunmasında, Ana dilini öyrənmələrində mühüm əhəmiyyət daşıyır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib ki, ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin məqsədi Azərbaycan dili, tarixi, ədəbiyyatı, musiqisi və digər sahələr ilə bağlı təbliğat, təşviqat və təlim proqramlarının həyata keçirilməsidir. O, Berlindəki Mədəniyyət Mərkəzində də açılan Azərbaycan dili sinfinin buna töhfə verəcəyini qeyd edib və həftəsonu məktəbin gələcək işinə uğurlar arzulayıb.

Ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Almaniyadakı Azərbaycan diasporunun xüsusi fəallığı ilə seçildiyini və mühüm işlər gördüyünü söyləyib. Bundan sonra da bu fəaliyyətlərin birgə, sıx və əlaqələndirilmiş şəkildə davam etdirilməsinin, gücləndirilməsinin zəruriliyini vurğulayan səfir Berlində Azərbaycan dili məktəbinin açılmasını təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər Azərbaycan dili məktəbinin açılmasına görə təşkilatçılara, müəllimlərə, şagirdlərə, onların valideynlərinə təşəkkürlərini bildirib, xaricdə azərbaycandilli məktəblərin sayının ilbəil artmasının əhəmiyyətini vurğulayıblar.

Azərbaycan dili həftəsonu məktəbinin açılış mərasimindən sonra rəsmi qonaqlar Mədəniyyət Mərkəzində yeni təşkil olunan nağara kurslarının da açılışında iştirak ediblər.

Sonda Ana dili məktəbinin şagirdlərinə Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi adından hədiyyələr verilib.

Paylaş:
207

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər